Azərbaycan Respublikasının Nəqliyyat,Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

Dövlət İnformasiya Ehtiyatlarının və Fərdi Məlumatların İnformasiya Sistemlərinin Dövlət Reyestrləri







DÖVLƏT İNFORMASİYA EHTİYATLARININ VƏ FƏRDİ MƏLUMATLARIN İNFORMASİYA SİSTEMLƏRİNİN MÜLKIYYƏTÇİLƏRİNİN DİQQƏTİNƏ

E L A N

Azərbaycan Respublikası Prezidentinin 5 fevral 2013-cü il tarixli 813 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron Hökumət” portalı haqqında Əsasnamə”yə uyğun olaraq, qeyd olunan portalın yaradılması, idarə olunması, fəaliyyətinin təşkili və inkişafı portalın operatoru – Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) tərəfindən təmin edilməlidir. Həmin Əsasnamənin 3.1-ci bəndi ilə dövlət informasiya ehtiyatlarının reyestri “Elektron hökumət” portalının texniki-texnoloji infrastrukturunun əsas komponentlərindən biri kimi müəyyən edilmişdir.

Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 avqust 2010-cu il tarixli 149 nömrəli qərarı ilə təsdiq edilmiş “Fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatına alınması və dövlət qeydiyyatının ləğv edilməsi Qaydaları”na əsasən “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsinə qədər mövcud olan və Qanunun tələblərinə uyğun olaraq qeydiyyatı məcburi olan informasiya sistemləri dövlət qeydiyyatına alınmalıdır. Qeyd edirik ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 dekabr 2010-cu il tarixli 237 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət qeydiyyatına alınması tələb olunmayan fərdi məlumatların informasiya sistemləri”nin müddəalarına uyğun olaraq, tərkibində 1000 və daha artıq subyekt barədə fərdi məlumatlar olan informasiya sistemləri məcburi qaydada dövlət qeydiyyatına alınmalıdır.

Bununla əlaqədar olaraq, mərkəzi icra hakimiyyəti orqanlarından, habelə onların strukturuna daxil olan və ya tabeliyində olan struktur bölmələrdən, müəssisələrdən, agentliklərdən, otellərdən, təhsil-tədris mərkəzlərindən və təşkilatlardan mülkiyətçisi olduğu və qanunvericiliklə dövlət reyestrlərində qeydiyyata alınması tələb olunan dövlət informasiya ehtiyatları və fərdi məlumatların informasiya sistemlərinin 1 ay müddətində dövlət qeydiyyatına alınması məqsədilə RİTN-in Məlumat-Hesablama Mərkəzinə müraciət etmələri xahiş olunur.

Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin
181-4-cü maddəsinə əsasən, fərdi məlumatlar haqqında qanunvericiliklə dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən informasiya sistemində fərdi məlumatların toplanılmasına və ya işlənilməsinə görə 300 manatdan 500 manatadək cərimə tətbiq edilir.

Əlavə məlumatı https://governmentsregistry.e-gov.az portalından əladə etmək mümkündür.

Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi

10.05.2013-cü il