Dövlət informasiya ehtiyatlarının və fərdi məlumatların informasiya sistemlərinin reyestrlərdə qeydiyyata alınması üçün qurumlar aşağıdakı vasitələrdən istifadə edə bilərlər:

· Qurumların səlahiyyətli nümayəndələrinə e-imza kartları verilir və həmin e-imza kartları Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Məlumat Hesablama Mərkəzində (MHM) qeydiyyatdan keçirilir. Bundan sonra həmin e-imza kartları vasitəsilə sistemə daxil olub müraciət ərizəsini və qeydiyyat kartını doldurmaq və əlavə məlumatları elektron şəkildə göndərmək mümkündür.

· Qurumlar unikal kod və şifrə ilə təmin olunmaq üçün MHM-ə rəsmi sorğu ünvanlayırlar və MHM tərəfindən kod və şifrə ilə təmin olunurlar. Bundan sonra həmin kod və şifrə vasitəsilə sistemə daxil olub müraciət ərizəsini və qeydiyyat kartını doldurmaq və əlavə məlumatları elektron şəkildə göndərmək mümkündür.

· Qurumlar “Müraciət formaları” bölməsinə daxil olaraq müraciət ərizələrinin və qeydiyyat kartlarının blanklarını öz kompüterlərinə köçürüb, doldurub və təsdiq edib rəsmi qaydada MHM-ə göndərə bilərlər.

Ələqə məlumatları:

tel: (012) 598-42-73,

faks: (012) 565-18-29,

e-poçt ünvanı: office@rabita.az,

internet ünvanı: www.e-gov.az

Məsul şəxs: Ilqar Abdullayev